Sumqayıt Bələdiyyəsinin üzvü, 31 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva bələdiyyənin 2025-ci il üzrə fəaliyyətinin yekun hesabatı ilə bağlı fikirlərini bölüşüb. O, hesabatın hazırlanma keyfiyyətini və görülən işlərin səmərəliliyini yüksək qiymətləndirib:
“Sumqayıt Bələdiyyəsinin 2025-ci il üzrə fəaliyyətinin yekun hesabatı şəffaf idarəetmə, səmərəli fəaliyyət və davamlı inkişaf prinsiplərinə tam uyğun şəkildə hazırlanaraq ictimaiyyətə təqdim olunub. Hesabatda görülən işlərin sistemli və dolğun əks etdirilməsi, əldə olunan nəticələrin dərindən təhlil edilməsi xüsusilə təqdirəlayiqdir.”
Komanda işi və prinsipial rəhbərlik uğurun əsasıdır
Leyla Əliyeva bələdiyyədəki iş mühitinə və rəhbərliyin yanaşmasına da xüsusi toxunub. O bildirib ki, bələdiyyə rəhbərliyinin məsuliyyətli və prinsipial yanaşması hesabatda aydın şəkildə öz əksini tapıb, eyni zamanda bu tələbkarlıq kollektivin gündəlik fəaliyyətində mühüm rol oynayır.
Bələdiyyə üzvü kimi bir il ərzində bu kollektivlə çiyin-çiyinə çalışdığını vurğulayan Leyla Əliyeva, burada komanda işinin və məsuliyyətli yanaşmanın yüksək səviyyədə olduğunun şahidi olduğunu qeyd edib.
31 nömrəli tam orta məktəbin direktoru, bələdiyyə üzvü Leyla Əliyeva sonda bu fikirləri bildirib:
“Görülən işlərin şəffaf, ardıcıl və dolğun şəkildə təqdim olunması bələdiyyəmizin sakinlərinə verdiyi dəyərin göstəricisidir. Bir ildir bu kollektivin üzvü kimi fəaliyyət göstərirəm və komanda işinin nəticələrdə aydın şəkildə göründüyünü xüsusi vurğulamaq istərdim. Ümumilikdə, təqdim olunan hesabatı təqdirəlayiq hesab edirəm.”