Novruzun müjdəçisi olan bu ilk çərşənbə gəlişi ilə könüllərə saflıq, evlərə bərəkət gətirir. İnanca görə, bu gün sular təzələnir və təbiət oyanmağa başlayır. İnsanlar bir-birinə xoş arzular diləyir, axar sulardan keçərək paklanmağa çalışırlar.
Su Çərşənbəsi sizə ruzi-bərəkət, təmizlik və yeni başlanğıclar gətirsin! Ürəyiniz su kimi duru, həyatınız bolluq və firavanlıq içində olsun!