Yaşıldərə yaşayış massivindəki çirkab və axar suların yığıldığı ərazilər tam təmizlənərək abadlaşdırılır

Haber 1
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin birgə təşəbbüsü ilə Yaşıldərə yaşayış massivindəki çirkab və axar suların yığıldığı ərazilər tam təmizlənərək abadlaşdırılır. Görülən işlər nəticəsində həmin sahədə sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün yeni istirahət guşəsi yaradılır. Layihə çərçivəsində geniş yaşıllaşdırma işləri aparılır və uşaqların maraqlı zaman keçirməsi üçün xüsusi əyləncə zonası qurulur. Bu yeni məkan həm ərazinin ekoloji vəziyyətini yaxşılaşdıracaq, həm də uşaqların və böyüklərin xoş istirahətinə xidmət edəcəkdir.