Sumqayıtda “Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu” keçirildi

Haber 1
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi

16 mart 2026-cı il tarixində Sumqayıt  Bələdiyyəsi Muğam Mərkəzində “Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu” təşkil olunub. Forum Sumqayıt Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi cəmiyyət üçün ciddi təhlükə yaradan narkomaniya probleminə diqqətin artırılması, xüsusilə gənclər arasında maarifləndirmə işinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və bu istiqamətdə dövlət qurumları ilə ictimaiyyətin birgə fəaliyyətinin gücləndirilməsidir. Forumda dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, mütəxəssislər, həkimlər və gənclər iştirak edərək narkotik vasitələrin yaratdığı təhlükələr, onların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, profilaktik və maarifləndirici fəaliyyətin əhəmiyyəti barədə çıxışlar ediblər.
Çıxışlarda qeyd olunub ki, narkomaniyaya qarşı mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, eyni zamanda geniş maarifləndirmə, gənclərin sağlam həyat tərzinə təşviqi və cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti ilə mümkün ola bilər.
Tədbir çərçivəsində gənclərlə müzakirələr aparılıb, onların sualları cavablandırılıb və narkomaniyanın yaratdığı sosial və tibbi fəsadlar barədə ətraflı məlumat verilib.

Sağlam gənclik – sağlam və güclü cəmiyyət deməkdir.