Yaşıldərə Yaşayış Massivində Novruz Bayramı tədbiri keçirilib

Haber 1
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi

Sumqayıt Bələdiyyəsi tərəfindən Yaşıldərə yaşayış massivində "Memarlıq və Şəhərsalma İli" çərçivəsində həyata keçirilən abadlıq işlərinin davamı olaraq möhtəşəm Novruz tədbiri təşkil edilib. Sakinlər tərəfindən böyük sevinclə qarşılanan bayram şənliyində Novruzun rəmzləri olan Kosa və Keçəlin məzəli oyunları, kəndirbazların məharətli çıxışları və ənənəvi yumurta döyüşləri maraqlı anlara səhnə olub. Milli mahnıların sədaları altında rəqs edən sakinlərin asudə vaxtının səmərəli təşkilinə xidmət edən bu cür tədbirlər, həm də sakinlər arasında birliyi gücləndirir və milli bayram ruhunu daha da artırır.