Şəhərimizin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 33 saylı marşrut üzrə asfaltlaşdırma işləri aparılmışdır

Haber 1
Sumqayit.belediyyesi

Şəhərimizin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 33 saylı marşrut üzrə asfaltlaşdırma işləri aparılmışdır. Bir istiqamət üzrə ümumi uzunluğu 12,25 km olan marşrutun 1,5 km-lik hissəsi 76-cı məhəllə ərazisini, 8,45 km-lik hissəsi şəhərdaxili ərazini, 2,4 km-lik hissəsi isə Bağlar yaşayış massivini əhatə edir. Ümumi sahəsi 49 min kvadratmetr təşkil edən marşrut üzrə 76-cı məhəllənin Hafiz Baxış küçəsində və Bağlar yaşayış massivinin İsmət Qayıbov küçəsində asfaltlaşdırma işləri həyata keçirilmişdir.