Sumqayıt Bələdiyyəsi tərəfindən Novxanı bağ massivi ərazisi,Şəhid Ramil Quliyev küçəsində asfaltlama işləri həyata keçirilib. Görülən işlər küçənin nəqliyyat hərəkətini daha rahat və təhlükəsiz etməklə yanaşı, sakinlərin gündəlik gediş-gəlişini də xeyli asanlaşdıracaq. Şəhərimizin və qəsəbələrimizin abadlaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Vətəndaşlarımızın rahatlığı naminə həyata keçirilən layihələr bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.
Sumqayıt Bələdiyyəsi tərəfindən asfaltlama işləri həyata keçirilib