İstanbul şəhərinin Bağcılar Bələdiyyəsinin nümayəndə heyəti iqtisadi sahədə əməkdaşlıq imkanlarının müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Sumqayıt şəhərinə səfər edib

Haber 1
Sumqayit.belediyyesi
Sumqayit.belediyyesi

Səfər Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən tərtib edilmiş proqram çərçivəsində təşkil olunub. Nümayəndə heyətinin tərkibində Bağkent Tikinti və İdarəetmə Xidmətləri Sənaye və Ticarət A.Ş.-nin Direktorlar Şurasının sədri Ramazan Aygün, Bağasfalt qurumunun İcra Heyətinin üzvləri Tarkan Apari və Mehmet Sinan Mansuroğlu, həmçinin Bağcılar Bələdiyyəsi başkanının müşaviri Mustafa Araç yer alıb.
Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıt Bələdiyyəsini ziyarət edib. Görüş zamanı tərəflər arasında iqtisadi əməkdaşlığın qurulması, qarşılıqlı təcrübə mübadiləsi və gələcəkdə həyata keçirilə biləcək birgə təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq perspektivləri və gələcək əlaqələrin inkişaf etdirilməsi imkanları ətrafında müzakirələr aparılıb. Proqram çərçivəsində qonaqlar Sumqayıt şəhəri ilə yaxından tanış olub, Heydər Əliyev Mərkəzini və şəhərin bir sıra mühüm məkanlarını ziyarət ediblər. Səfər qarşılıqlı əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.