Bələdiyyə xidmətlərində yeni rəqəmsal mərhələ

Haber 1

 

Vətəndaşlarla bələdiyyə arasında əlaqəni daha çevik və əlçatan edən “E-Bələdiyyə” mobil tətbiqi artıq istifadəyə verilib.

Yeni tətbiq bələdiyyə xidmətlərini vahid rəqəmsal məkanda birləşdirərək vətəndaşlara bir sıra məlumat və xidmətlərə birbaşa mobil telefondan çıxış imkanı yaradır.

“E-Bələdiyyə” vasitəsilə vətəndaşlar il ərzində ödəməli olduqları yerli vergi məbləğlərini öyrənə, mövcud borc və ödəniş məlumatlarını izləyə, şəxsi hesab vərəqəsinə baxa, tədiyə bildirişləri üzrə məlumatları dəqiqləşdirə bilərlər.

Tətbiq yalnız məlumat əldə etmək üçün deyil, həm də bələdiyyə ilə birbaşa elektron ünsiyyət üçün yeni imkanlar açır. Buradan müraciət və təklif göndərmək, onların icra vəziyyətini izləmək, sorğularda iştirak etmək və müvafiq bildirişləri əldə etmək mümkündür.

Beləliklə, əvvəllər bələdiyyəyə müraciət etməklə əldə olunan bir sıra xidmət və məlumatlar artıq vətəndaşın olduğu yerdən əlçatandır.

???? “E-Bələdiyyə”ni App Store və Google Play-dən yükləmək, mygov ID vasitəsilə elektron kabinetə daxil olmaq mümkündür.

Bələdiyyə xidmətlərinin ünvanına bir ünvan da əlavə olundu — rəqəmsal ünvan.

#EBələdiyyə #SumqayıtBələdiyyəsi #RəqəmsalXidmətlər #ElektronXidmətlər #MyGov