Şəhid Gəray Məmmədov küçəsinə yeni asfalt örtüyü çəkildi-FOTOLAR
 

Haber 1
Sumqayıt,Belediyyesi,Sehid,Geray,Memmedov
Sumqayıt,Belediyyesi,Sehid,Geray,Memmedov

Sumqayıt Bələdiyyəsi şəhərin abadlıq və sosial rifaha yönəlmiş strateji fəaliyyət planına uyğun olaraq, vətəndaş məmnunluğunu əsas tutaraq mühüm infrastruktur layihələrini ardıcıl şəkildə həyata keçirir.

Bu çərçivədə bələdiyyə tərəfindən Xəzri 2 Yaşayış massivində yerləşən Şəhid Gəray Məmmədov küçəsində genişmiqyaslı asfaltlanma işləri aparılıb.

Qeyd edək ki, Şəhid Gəray Məmmədov küçəsində illərdir yol infrastrukturu ilə bağlı mövcud olan problemlər, xüsusilə də qış aylarında gediş-gəlişin çətinləşməsi sakinlər üçün ciddi narahatlıq doğururdu. Bələdiyyəyə ünvanlanan çoxsaylı müraciətləri diqqətdə saxlayan qurum, ərazidə operativ şəkildə asfaltlama işlərinə start verib və qısa müddətdə bu işi yüksək keyfiyyətlə başa çatdırıb.

Yeni asfalt qatı nəinki küçənin görünüşünü dəyişib, həm də sakinlərin gündəlik həyatını asanlaşdırıb. Küçə boyu hərəkət artıq daha təhlükəsiz və komfortludur. Sakinlər bu addımı böyük razılıqla qarşılayaraq Sumqayıt şəhər rəhbərliyinə və bələdiyyəyə təşəkkürlərini bildiriblər.