Sumqayıt Bələdiyyəsi sakinlərin rahatlığının təmini məqsədilə işlərini abadlıq davam etdirir

Haber 1
Sumqayit,Belediyyesi,Abadliq,Temizlik
Sumqayit,Belediyyesi,Abadliq,Temizlik
Sumqayit,Belediyyesi,Abadliq,Temizlik
Sumqayit,Belediyyesi,Abadliq,Temizlik
Sumqayit,Belediyyesi,Abadliq,Temizlik
Sumqayit,Belediyyesi,Abadliq,Temizlik
Sumqayit,Belediyyesi,Abadliq,Temizlik

Sumqayıt şəhərində əhalinin rahatlığının və istirahət şəraitinin yaxşılaşdırılması məqsədilə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilən abadlıq və təmizlik işləri planlı şəkildə davam etdirilir.

Hazırda şəhərin sevilən istirahət məkanlarından biri olan "Bələdiyyə parkı"nda genişmiqyaslı abadlıq tədbirləri həyata keçirilir. Park ərazisi alaq otlarından, daş-kəsəklərdən təmizlənib, uzun müddətdir baxımsız vəziyyətdə olan və təhlükə yaradan saralmış sarmaşıqlar, kolluqlar tam şəkildə sökülərək utilizasiya olunub. Görülən tədbirlər nəticəsində ərazidə səliqə-sahman yaradılıb, park yenidən abad hala salınıb.

Qeyd edək ki, Sumqayıt Bələdiyyəsi tərəfindən sakinlərin daha rahat və təmiz mühitdə yaşamaları üçün bu istiqamətdə işlər diqqət mərkəzində saxlanılır.

Bu tipli abadlıq işləri təkcə parklarla məhdudlaşmayacaq, eləcə də bağça, məktəb, yaşayış massivləri və ictimai əraziləri də əhatə edəcək.

Məqsəd – şəhərin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılması və əhalinin istirahəti üçün daha əlverişli şəraitin yaradılmasıdır.

Sumqayıt Bələdiyyəsi sakinlərin də bu prosesdə fəal iştirakı və ətraf mühitin qorunmasına töhfə verməyə çağırır.