Sumqayıtda Məhəllə Komitələri ilə növbəti görüş keçirildi.
Bu gün Sumqayıt Bələdiyyəsində keçirilən iclas şəhərimizin gələcək idarəetmə modelində mühüm mərhələ oldu.Məhəllə komitələri artıq sadəcə ənənəvi idarəetmə orqanı deyil, sakinlərlə dövlət strukturları arasında canlı körpü,həm də innovativ təşəbbüslərin mərkəzinə çevrilir.
Görüşdə rəhbərlik yeni seçilmiş komitə üzvlərini təbrik edərək,onların fəaliyyətinə yüksək etimad göstərildiyini qeyd etdi.Bu etimad təkcə rəsmi bir status deyil,həm də hər bir üzv üçün böyük məsuliyyət deməkdir.Yeni komitə sədrləri isə öz çıxışlarında təşəkkürlərini bildirərək söz verdilər ki, qarşıdakı dövrdə “Yaşıl məhəllə” təşəbbüsü çərçivəsində yaşıllaşdırma və abadlıq işləri gücləndiriləcək,“Açıq qapı vətəndaş platformaları” vasitəsilə hər bir sakinin fikrinə daha çox önəm veriləcək,gənclərin və qadınların iştirakçılığı artırılacaq,sosial layihələrdə onların liderliyi dəstəklənəcək,rəqəmsal hesabatlılıq sistemi tətbiq edilərək fəaliyyət şəffaf şəkildə ictimaiyyətə təqdim olunacaq.
Məhəllə komitələrinin yeni tərkibi vətəndaş məsuliyyətini özündə birləşdirir.Sumqayıtımızın hər bir məhəlləsi şəhərin gələcək inkişaf modelinin parçası olacaq.Bu gün verilən vədlər sabahın reallıqları olacaqdır.Çünki bu şəhərin gücü – xalqın birliyində,məsuliyyətli vətəndaşlarda və innovativ idarəetmə mədəniyyətindədir.