Sumqayıtda 8 noyabr - Zəfər gününə həsr olunmuş “Zəfərin 5 ili” adlı şahmat turniri və tədbir təşkil olunub.
Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələdiyyəsi, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Təşkilatı, Gənclərin İnkişaf və Karyera Mərkəzi Abşeron-Xızı regional nümayəndəliyi və şəhid Şəhriyar Qasımov adına idman klubunun birgə təşkilatçılığı ilə 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində təşkil olunan yarışın təntənəli bağlanış mərasimi Sumqayıt Heydər Əliyev Mərkəzində baş tutub.
Qaliblərə qiymətli hədiyyələr, kubok, medal, diplom və pul mükafatı təqdim olunub.