“Sumqayıt bələdiyyəsi şəhərin müasir görkəminin yaradılmasına öz töhfəsini verməkdədir. Ancaq bunun üçün ilk olaraq büdcə gəlirlərini artırmaq barədə düşünmək lazımdır”- bu fikirləri Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasındakı çıxışında qeyd edib.
Sədr bildirib ki, ötən il Sumqayıt bələdiyyəsinin büdcə gəliri ölkə bələdiyyələri arasında ilk dəfə olaraq üç milyon manatı keçib. Cari ilin on ayı ərzində isə artıq 2..5 milyon manat büdcə gəliri əldə edib.
Sumqayıt bələdiyyəsinin əsas vəzifələrindən biri də bu gün gənclərin asudə vaxtının səmərəli təşkili və saglam həyat şəraitinin yaradılmasına çalışmaqdır.
Bunun üçün şəhər ərazisində fəaliyyət göstərən məktəblərin idman komplekslərinin yenidən qurularaq şagirdlərin istifadısinə vermək niyyətindəyik.
Artıq müvafiq qurumlarla əməkdaşlıq sayəsində bu layihənin icrası ilə bağlı razılıq əldə olunmuşdur.
Məqsədimiz əldə olunan büdcə gəlirlərini bundan sonra səmərəli xərcləməklə sakinlarıimizin qaldırdığı problemlərin həllinə yönəltməkdir.