Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında partiyanın 33 illik fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi təşkil olunacaq.
"Heydər Əliyev Məktəbi" nin növbəti məşğələsinin qonağı Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov olacaq.
Tədbir Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik irsinin daha dərindən öyrənilməsi və gənclər arasında geniş təbliği məqsədi daşıyır.