“Son illərdə yerli özünüidaetmə sahəsində aparılan islahatlar nəticəsində Sumqayıt bələdiyyəsinin iqtisadi və maliyyə potensialı müəyyən qədər artmış, mövcud problemlərin həlli istiqamətində yeni imkanlar yaranmışdır”- bu fikirləri Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.
Bələdiyyə sədrinin sözlərinə görə, bu gün seçicilərimizə verdiyimiz sözü tutmaq üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir. Yerli büdcə əsasən yerli vergi və ödənişlərdən formalaşır. Əmlak və torpaq vergisi bələdiyyə büdcəsinin əsasını təşkil edir.
Ötən illə müqayisədə cari ilin 11 ayı ərzində büdcə gəlirlərində 69 faiz artım müşahidə olunub. Etiraf edək ki, Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun təşəbbüsü və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin təşkilatçılğı ilə həyata keçirilən layihələr, habelə təkmilləşdirilmiş Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sistemi Sumqayıt bələdiyyəsində də uğurla tətbiq olunur.
Sədr sonda qeyd edib ki, əmlak və torpaq vergisi ilə bağlı kifayət qədər şəhərdə yığım potensialı var. Vergi xidməti orqanı bununla bağlı yaranan imkanlardan kifayət qədər istifadə etməyə çalışır.
Beləliklə, vergi-uçot sistemin düzgün qurulması və BAMS-proqramının verdiyi imkanlardan düzgün istifadə nəticə etibari ilə şəhər ərazisində həyata keçirilən layihələrin də həcminə müsbət mənada öz təsiri göstərir.
Adil Xudadatov: “Bu gün seçicilərimizə verdiyimiz sözü tutmaq üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir”