Narkomaniya ilə mübarizə mövzusunda Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri ərazilərində maarifləndirici tədbirlər keçirib

Haber 1
Sumqayit,Belediyyesi,vetendas,qebulu
Sumqayit,Belediyyesi,vetendas,qebulu
Sumqayit,Belediyyesi,vetendas,qebulu
Sumqayit,Belediyyesi,vetendas,qebulu
Sumqayit,Belediyyesi,vetendas,qebulu

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.


“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı Sumqayıt Bələdiyyəsinin Kimyaçılar qəsəbəsi Maral-göl üzrə 1 saylı, İnşaatçılar üzrə 1 saylı, Yeni Yaşayış Massivi 8-ci məhəllə üzrə 1 saylı məhəllə komitələri ərazilərində müxtəlif yaş təbəqələri arasında maarifləndirici tədbirlər keçirilmişdir.