Sumqayıt Bələdiyyəsində 2025-ci ildə görülmüş işlər və 2026-cı ilin prioritetləri müzakirə edilib...

Haber 1
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi
Tebrik.iclasi

2025-ci ilin yekunlarına həsr olunmuş təbrik iclası keçirilmişdir.İclasda bələdiyyənin il ərzində fəaliyyəti geniş şəkildə təhlil edilmiş,həyata keçirilmiş tədbirlər,əldə olunan nəticələr və ümumi fəaliyyətin qiymətləndirilməsi aparılmışdır.Iclas zamanı qeyd edilmişdir ki,2025-ci il ərzində bələdiyyə fəaliyyəti yüksək məsuliyyət,gərgin iş rejimi və artan ictimai gözləntilər fonunda həyata keçirilmişdir.Qarşıya qoyulan vəzifələrin icrası zamanı qarşılaşılan çətinliklərə baxmayaraq,kollektiv əmək,sistemli yanaşma və qarşılıqlı əməkdaşlıq sayəsində bir sıra mühüm nəticələr əldə olunmuş,il ümumilikdə müsbət göstəricilərlə yekunlaşmışdır.
İclas çərçivəsində uzun illər ərzində səmərəli fəaliyyət göstərərək bələdiyyə ailəsindən ayrılan əməkdaşlar,habelə təqaüdə çıxan şəxslərin fəaliyyəti xüsusi vurğulanmış,onların bələdiyyəçilik sahəsində göstərdikləri xidmətlərə görə dərin minnətdarlıq ifadə edilmişdir.Qeyd olunmuşdur ki,bu əməkdaşların təcrübəsi və əməli fəaliyyəti bələdiyyə institutunun formalaşmasında və inkişafında mühüm rol oynamışdır.
Eyni zamanda 2025-ci il ərzində peşəkarlığı,məsuliyyətli yanaşması, təşəbbüskarlığı və işə vicdanlı münasibəti ilə fərqlənən əməkdaşlar arasından ilin ən yaxşı əməkdaşları müəyyən edilmiş,onların əməyinə yüksək qiymət verilmiş və təbrik olunmuşdur.Bu addımın kollektivdə sağlam rəqabətin,əmək motivasiyasının və peşəkar inkişafın təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilmişdir.
İclasın yekun hissəsində 2026-cı il üçün qarşıya qoyulmuş əsas hədəflər diqqətə çatdırılmışdır.Bildirilmişdir ki, növbəti ildə bələdiyyə fəaliyyətində:
- vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi;
- bələdiyyə əmlakından və torpaq resurslarından istifadənin səmərəliliyinin artırılması;
- yerli büdcə gəlirlərinin artırılması və maliyyə intizamının gücləndirilməsi;
şəffaflıq,hesabatlılıq və ictimai nəzarət mexanizmlərinin genişləndirilməsi;
- sosial yönümlü layihələrin, abadlıq və infrastruktur təşəbbüslərinin davam etdirilməsi;
- kadr potensialının gücləndirilməsi və əməkdaşların peşəkar inkişafının təmin edilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir.
Sonda vurğulanmışdır ki,qarşıya qoyulan hədəflərin icrası yalnız kollektiv məsuliyyət,qarşılıqlı etimad və ardıcıl fəaliyyət nəticəsində mümkün olacaqdır.Təbrik iclası bələdiyyənin gələcək fəaliyyətinə dair ümumi mövqenin formalaşdırılması və yeni dövrə inamla qədəm qoyulması ilə konstruktiv şəraitdə başa çatmışdır.